“Bununla belə, ABŞ prezidenti Donald Trampın administrasiyası ölkə rəhbərinin İranın nüvə proqramının “tamamilə məhv edilməsi” ilə bağlı bəyanatına baxmayaraq, nüvə silahının əsas komponenti olan zənginləşdirilmiş uranın taleyinə aydınlıq gətirə bilmir”, - “The New York Times (NYT)” yazır.
Amerikalı məmurların hesablamalarına görə, İranda 10-a qədər nüvə başlığı yaratmağa kifayət edəcək uran ehtiyatı var.
|
| Denni Danon : “İsrailin İranda hələ işləri çoxdur” | VİDEO |
Beynəlxalq Atom Agentliyi (MAQATE) İranda uranla bağlı son yoxlamalarının zərbələrdən bir həftə əvvəl aparıldığını bildirib. Qurumun baş katibi Rafael Qrossi sözügedən uranın İsfahandan köçürüldüyünü açıqlayıb. O, həmçinin nüvə obyektlərinə hücumların qəbuledilməz olduğunu və radioaktiv tullantıların ciddi fəsadlarla nəticələnə biləcəyini vurğulayıb.
Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gələn İranın Xarici İşlər naziri Abbas Əraqçi, öz növbəsində, bildirib ki, ABŞ-nin İranın nüvə obyektlərinə hücumu nüvə silahlarının yayılmaması rejimini sarsıdır və beynəlxalq təhlükəsizliyə zərbə vuraraq Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NSYM) effektivliyini şübhə altına alır.
Xatırladaq ki, bu xəbərlər fonunda İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon İranda hələ də vurulmalı çoxlu hədəflərin qaldığını bəyan edib.
— Newsfeed (@Newsfeed883920) June 23, 2025
— Newsfeed (@Newsfeed883920) June 23, 2025
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


